Ağsu rayonunda 50 hektar qarğıdalı əkmişik və GFA hər addımda bizə kömək edir. Toxum seçməkdə kömək etdilər, əkin strategiyası hazırladılar və aqronomik fəaliyyəti özləri yerinə yetirir.
Green Farms Azerbaijan
Green Farms Azərbaycan, Azərbaycanın qida təhlükəsizliyinə töhfə verməyi, ölkənin təbii sərvətlərinin qorunmasına yönələn dayanıqlı kənd təsərrüfatı işini inkişaf etdirməyi hədəfləyən Green Farms International şirkətinin Azərbaycan üzrə nümayəndəliyidir.
Biz yerli ərzaq tələbatının kəmiyyət və keyfiyyət baxımından qarşılanmasında iştirak, eləcə də, Azərbaycan məhsullarının xarici ölkələrə ixracını təmin etməyi planlaşdırırıq.
Cənab Prezident İlham Əliyevin ölkənin ixrac potensialının artırılmasına, iqtisadiyyatın diversifikasiyasına, kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılmasına yönəlmiş vizyonunun tərkib hissəsi kimi, Green Farms International torpaq sahələrinin əkin dövriyyəsinə cəlb ediməsi, qarğıdalı, buğda, arpa, yonca, və günəbaxan kimi strateji əhəmiyyətli məhsulların istehsal edilməsi məqsədilə Biləsuvar rayonunda 5,000 hektar torpaq sahəsini icarəyə götürmüşdür
Torpaq ehtiyatlarının məhsuldarlığını optimallaşdırmaq məqsədilə biz yerli təsərrüfat təcrübəsi ilə tanış olmaqla bərabər, yüksək keyfiyyətli və səmərəli əkin texnologiyasını yerli aqrobiznesə gətirməliyik.
Məhsullar
Xidmətlər
Açar–təslim layihələr

Green Farms
Biləsuvar layihəsi
Green Farms Azərbaycan 2017-ci ilin May ayında Biləsuvar İcra Hakimiyyəti ilə 5,000 hektar torpaq sahəsinin istifadəsi üçün 49 illik icarə müqaviləsini imzalayıb.
Sözügedən torpaq ərazisi dövlət əmlak reyestrində qışlaq sahəsi kimi qeydiyyat olunub və yerli əhali tərəfindən təyinatı üzrə istifadə olunub. Nazirlər Kabinetinin 2017-ci ildə qəbul etdiyi sərəncamnan əlaqədar bu ərazinin təyinatı əkin sahəsinə dəyişilib və geniş profil kənd təsərrüfatı fəaliyyətinə imkan yaradılmışdır.
Adıçəkilən torpaq sahəsinin rekultivasiyası ilə bağlı bir sıra maneələr var: lazımi infrastrukturun, suvarma mənbəyinin olmaması, və torpaqın münbitlik səviyyəsinin aşağı olması. Lakin biz bu problemlərdən xəbərdarıq və Biləsuvarda uğurlu aqrar sənaye kompleksi yaratmaq planımızı həyata keçirməyə başlamışıq.
İlkin mərhələlərdə dənli bitkilərin əkini prioritetləşdiriləcək və əkin dövriyyəsində onlardan daha çox istifadə ediləcək. Torpağ münbitliyinin artırılmasından sonra, əkin dövriyyəsinə qarğıdalı, şəkər çuğunduru, pambıq və yonca əkinləridə əlavə olunacaq.


Cari qrafik
2021
Fevral
Arpa, buğda və yonca bitkilərinin çıxışı müşahidə olunur
2021
May
Arpanın rütubət səviyyəsi düşüb və məhsul biçini başlayıb
2021
İyun
Suvarmadan sonra pambığın çıxışı var. İndi sahələri becərmə mərhələsindəyik.
2021
Avqust
Pambıq sahəsində üçüncü becərmə və suvarma işləri aparılır.
Son xəbərlər
2021
Pambıq Yığımı
Pambıq yığımına başladıq! İlkin mərhələdə pambığın əl ilə yığımı üçün 60 mövsümi işçi işə cəlb edildi.

2021
Pambığın inkişafı
Pambıq sahəsi ikinci becərmədən və suvarmadan sonra, və hal hazırda 3 -cü dövr becərmə və suvarma işləri aparılır.

2021
Pambıq çıxması
Suvarmadan sonra pambığın çıxışı var. İndi sahələri becərmə mərhələsindəyik.

2021
Arpa biçini
Arpanın rütubət səviyyəsi düşüb və məhsul biçini sürətlə davam edir.

Müştəri Rəyi
Əlaqə
Baş Ofis
Üzeyir Hacibəyov küçəsi 69E, Baki, AZ1000, Azərbaycan
(+994 12) 498 98 95
Təsərrüfat
Biləsuvar rayonu, Nəsimi kəndi
(+994 12) 498 98 95
Bizimlə əlaqə saxlayın
Bizə məktub yazın