GFA Əkin Strategiyası

Torpaq ehtiyatlarının məhsuldarlığını optimallaşdırmaq məqsədilə biz yerli təsərrüfat təcrübəsi ilə tanış olmaqla bərabər, yüksək keyfiyyətli və səmərəli əkin texnologiyasını yerli aqrobiznesə gətirməliyik.

Biz yerli ərzaq tələbatının kəmiyyət və keyfiyyət baxımından qarşılanmasında iştirak, eləcə də, Azərbaycan məhsullarının xarici ölkələrə ixracını təmin etməyi planlaşdırırıq.

Buğda 2018

Sahə: 100 ha; Tonnaj: 250 T; Nəmlik: 13.5%-14%; Protein: 13%

Hökumətimizin kənd təsərrüfatında əsas məqsədlərindən biri, ölkəmizin taxıl məhsullarına idxaldan asılılığını azaltmaqdır.

2017-ci ildə ölkəmizə 1,2 milyon ton buğda idxal edilib ki, bu da istehlakın təxminən 40% -ni təşkil edir.

Buğda 2018

Arpa 2018

Sahə: 1330 ha; Tonnaj: 3325 T; Nəmlik: 14.5%; Protein: 12%

Hökumətimizin kənd təsərrüfatında əsas məqsədlərindən biri, ölkəmizin taxıl məhsullarına idxaldan asılılığını azaltmaqdır.

Hal-hazırda idxal olunan digər strateji əhəmiyyətli məhsul arpadır. Buğda və arpa istehsalı, ərzaq təhlükəsizliyi və idxal müstəqilliyinə töhfə verəcəkdir

Arpa 2018

Yonca 2019

Sahə:240 ha; Tonnaj:2160 T; Nəmlik:24%; Protein:18%; Presin ölçüsü:20 kg 

Yonca heyvandarlıqda, xüsusən südçülükdə istifadə olunan əsas yem bitkisidir. Bu məhsula tələbat il boyu yüksəkdir, və buna görə bu bitkinin əkini, saxlanması, və vaxtı vaxtında müçtəriyə çatdırılması bizim üçün prioritetdir.

Yonca 2019

Qarğıdalı 2019

Sahə: 380 ha; Tonnaj: 1520 T; Nəmlik: 12-13%; Protein: 9-10%

Qarğıdalı heyvan yemi və qida sənayesində istifadə olunan strateji əhəmiyyətli bitkidir. Quşçuluq və mal əti fermaları, eləcə də "Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi" məhsulun daimi yerli təchizatı üçün axtarış aparırlar. Bu məhsula olan tələbat il boyu yüksəkdir.

Qarğıdalı 2019

Pambıq 2019

Sahə: 100 ha; Tonnaj: 200 T; Rəng: Yaxşı-orta,12; Lif tipi: 1

 2017-ci ildə Biləsuvar Azərbaycanda pambıq istehsalçıları arasında həcm üzrə ikinci yerə nail oldu. Yerli əhali pambıq becərməkdə olduqca təcrübəli və regionun torpaqları bunun üçün əlverişlidir. Biləsuvarda pambıq emalı zavodlarının mövcudluqu isə, məhsulun nəqliyyatını və logistikasını daha da asanlaşdırır.

Pambıq 2019

Yemiş 2019

Sahə: 50 ha; Tonnaj: 2500 T;

Ərazidə həm də fars yemişləri əkiləcək. Bitkinin bu növü şoran torpağa davamlıdır və bu mühitdə məhsulların dadı daha da şirin olur. Gələcəkdə bu məhsulu Azərbaycan bazarına çıxarmağı gözləyirik.

Yemiş 2019

Şəkər Çuğunduru 2019

Sahə: 430 ha; Tonnaj: 12900 T; Şəkər tərkibi: > 12%

Yerli şəkər istehsalı üçün ölkəmizə böyük həcmdə xammal idxal olunur. Şəkər İstehsalı Fabriki, çuğundurun əkin sahələrini artıraraq, idxal olunan xammalı yerli məhsul ilə əvəzləməyi planlaşdırır. Biz bu təşəbbüsü dəstəkləyirik və torpaq ərazimizdə 2020-ci ildə şəkər çuğundurunun əkinini planlaşdırırıq.

Şəkər Çuğunduru 2019

Əlaqə

Baş Ofis

Neftcilər pr 151, AZ1010, Baki, Azərbaycan

(+994 50) 701 74 47

gfa@greenfarms.az



Təsərrüfat

Biləsuvar rayonu, Nəsimi kəndi

(+994 50) 701 74 47

gfa@greenfarms.az

Bizimlə əlaqə saxlayın

Bizə məktub yazın